Xəbərlər


Nəzakət Əzizova Avropa kubokunu bürünc medalla başa vurdu

"Neftçi İdman Klubu”nun cüdoçusu Nəzakət Əzizova Avstriyada gənclər arasında təşkil olunan Avropa kubokundan medalla ayrılıb. 52 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançımız yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Bu mərhələdə İsrail təmsilçisi Betina Temelkovaya məğlub olan Əzizova üçüncü yer uğrunda mübarizəyə qoşulub. Həmin qarşılaşmada hollandiyalı rəqibi Danique Janssen üzərində qələbə qazanan cüdoçumuz mötəbər turnirin bürünc medalına sahib olub.