Xəbərlər


Cüdoçularımız Avropa çempionatında böyük uğura imza atdılar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən cüdo üzrə açıq Avropa çempionatı başa çatıb. 29 ölkədən 376 idmançının (244 kişi, 132 qadın) qalib adı uğrunda yarışdığı çempionatda Azərbaycan yığması 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun millimizin heyətində yer almış cüdoçularından üçü mükafata sahib olub. 90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev Rumıniya, Böyük Britaniya və İtaliya idmançılarını məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin edib. Həlledici mərhələdə də inamla mübarizə aparan cüdoçumuz israilli Li Koçman üzərində qələbə qazanıb və Avropa çempionu tituluna yiyələnib.

Yalnız final qarşılaşmasında məğlub olan Hüseyn Rəhimli (73 kq) və Fəqan Quluzadə (81 kq) isə yarışın gümüş medalına layiq görülüblər.

Qeyd edək ki, 1 qızıl və 3 gümüş medal qazanan millimiz açıq Avropa çempionatını kişilər arasında birinci yerdə başa vurub.