Xəbərlər


Cüdoçularımız paytaxt birinciliyindən 6 medalla ayrıldılar

"Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. 23 yaşadək gənclər arasında təşkil olunan yarışda 23 komandadan 308 idmançı (280 oğlan, 28 qız) qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt birinciliyinin 6 medalına (3 qızıl,1 gümüş, 2 bürünc) sahib olublar.

İki gün davam edən və 14 çəki dərəcəsi üzrə keçirilən yarışda xanım idmançılarımızdan Ülviyyə Bayramova (52 kq) və Nigar Cəfərova (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cəmalə Muqumova (70 kq) gümüş, Aytac Quluzadə (48 kq) və Əsmər İsgəndərova (52 kq) isə bürünc medala layiq görülüb.

Oğlanlar arasında 90 kq çəki dərəcəsində mübarizə aparan Cavid Muradov bütün qarşılaşmaları qələbə ilə başa vuraraq paytaxt birinciliyinin qalibi adını qazanıb.

Cüdoçularımız paytaxt birinciliyindən 6 medalla ayrıldılarCüdoçularımız paytaxt birinciliyindən 6 medalla ayrıldılarCüdoçularımız paytaxt birinciliyindən 6 medalla ayrıldılar