Xəbərlər


Sablyaçılarımız Bakı çempionatında

Mayın 27-də start götürmüş qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub.

Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışda klubumuzun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımız sablya yarışlarında mübarizə aparıblar. Bu növdə bütün medallara klubumuzun qılıncoynadanları yiyələniblər. Belə ki, 12 sablyaçının qatıldığı kişilərin yarışında Cavanşir Ağakişiyev paytaxt çempionatının qalibi olub. Yalnız finalda məğlub olan Elvin Rzazadə gümüş, Abdulla Əhmədov və Xalid Əsədov isə bürünc medala layiq görülüblər.

Qadınlar arasında Sabina Mikina yarışın qızıl medalına sahib olub. Sevil Bünyatova 2-ci, Nərminə Cəfərova və Sevinc Bünyatova isə 3-cü yeri tutublar.