Xəbərlər


Ehtiram Dərişov dünya çempionu oldu

Rusiyanın Kislovodsk şəhərində yeniyetmələr (8-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (19 yaşdan yuxarı) arasında MMA üzrə dünya birinciliyi və çempionatı keçirilib. Sayca 7-ci dəfə təşkil olunan çempionatda 15 ölkədən 161 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Yarışda böyük əzmkarlıq nümayiş etdirən "Neftçi İdman Klubu”nun yetirməsi Ehtiram Dərişov bütün döyüşlərdən qalib ayrılaraq böyüklər arasında dünya çempionu adını qazanıb. 57 kq çəkidə çıxış edən idmançımız Tacikistan və Hindistan təmsilçilərini məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə rusiyalı İrisxan Makayev üzərində tam qələbə qazanan Dərişov dünya çempionatının qızıl medalına sahib olub.

Qeyd edək ki, klubumuzun idmançılarının da yer aldığı komanda yarışlarında Azərbaycan yığması 3-cü yeri tutub.
Ehtiram Dərişov dünya çempionu olduEhtiram Dərişov dünya çempionu oldu