Xəbərlər


“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında növbəti dəfə mini-futbol turniri keçirdi. 28 May – Respublika Gününə həsr olunmuş yarışda dörd qrupda olmaqla 20 komanda mübarizə aparırdı. "A” qrupunda "Bahar Enerji” Əməliyyat Şirkəti, Qaz Emalı Zavodu, "28 May” NQÇİ, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi, "Neft Daşları” NQÇİ, "B” qrupunda "Neftqaztikinti” Tresti, H.Z.Tağıyev adına NQÇİ, "Abşeronneft” NQÇİ, "SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, "Siyəzənneft” NQÇİ, "C” qrupunda "Suraxanı Oyl” Əməliyyat Şirkəti, "Azərkimya” İstehsalan Birliyi, "Qaz İxrac” İdarəsi, Kompleks Qazma İşləri Tresti, Qaz Anbarlarının İstismarı İdarəsi, "D” qrupunda isə Nəqliyyat İdarəsi, Karbamid zavodu, "Bibiheybətneft” NQÇİ, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və Əli Əmirov adına NQÇİ-nin komandaları yer almışdılar.

Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində mayın 22-dən 26-dək davam edən turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də bu idman növünün kütləviləşməsinə köməklik göstərilməsi və 28 May – Respublika Gününün daha təntənəli qeyd edilməsi idi.

Turnirin qaydalarına görə, hər qrupdan ilk iki yeri tutan komandalar final mərhələsinə – dörddəbir finala vəsiqə qazanırdılar. Bu uğura "A” qrupundan "Bahar Enerji” Əməliyyat Şirkəti və "28 May” NQÇİ, "B” qrupundan "Neftqaztikinti” Tresti ilə "SOCAR Petroleum” QSC, "C” qrupundan "Suraxanı Oyl” və "Qaz İxrac” İdarəsi, "D” qrupundan isə Karbamid zavodu ilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandaları imza atdılar. Həmin komandalardan isə "Bahar Enerji”, "Qaz İxrac”, "SOCAR Petroleum” və "Suraxanı Oyl” yarımfinal mərhələsinə yüksəlməyi bacardılar. Bu mərhələdə "Bahar Enerji” "Qaz İxrac”ı (2:1), "Suraxanı Oyl” isə "SOCAR Petroleum” komandasını məğlub etdi (5:1). Üçüncü yer uğrunda görüşdə "SOCAR Petroleum” "Qaz İxrac” üzərində 3:1 hüsabı ilə qələbə qazandı. Həlledici final qarşılaşmasında isə "Suraxanı Oyl” və "Bahar Enerji” komandaları üz-üzə gəldilər. Birincilərin aşkar üstün tərəf olması nəticəyə də öz təsirini göstərdi. Belə ki, "Suraxanı Oyl” rəqibi üzərində 4:0 hesablı asan qələbə qazandı.

Beləliklə, "Suraxanı Oyl” Əməliyyat Şirkəti komandası mini-futbol turnirinin qalibi adını qazandı. "Bahar Enerji” 2-ci, bu turnirdə ilk dəfə çıxış edən "SOCAR Petroleum” isə 3-cü yeri tutdu. Təbii ki, bu nəticəni debüt edən komanda üçün uğurlu saymaq olar.

Həmişə olduğu kimi, bu dəfə də klubumuz "ən məhsuldar oyunçu”, "ən yaxşı oyunçu” və "ən yaxşı qapıçı” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Qədir Rüstəmov ("Suraxanı Oyl”), Rauf Əliyev ("Bahar Enerji”) və Renad Əliyev ("SOCAR Petroleum”) layiq görüldülər.

Sonda təşkil olunan mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını 28 May – Respublika Günü münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. Ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından geniş söhbət açan klub rəsmisi, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarından da bəhs etdi. O, ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil olunan yarışlarda Azərbaycan komandasının qalib adını qazanmasını və bu qələbədə "Neftçi İdman Klubu”nun 45 medalla böyük pay sahibi olmasını xüsusi vurğuladı.

Natiq gələn il Respublika Gününün 100 illiyi münasibətilə bu turnirin daha möhtəşəm keçiriləcəyini söylədi. Onlara turnirdə göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirən Məmmədov, yarış iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Sonra o, qalib komandaları qazandıqları qələbə münasibətilə təbrik etdi.

Qalib və mükafatçı komandalara "Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim olundu. Nominasiya qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.
“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu”  mini-futbol turniri keçirdi