Xəbərlər


Samboçularımız Avropa çempionatında böyük uğura imza atıblar

Belarusun paytaxtı Minskdə keçirilən sambo üzrə Avropa çempionatı başa çatıb. Qitə yarışında ölkəmiz 7 idmançı ilə təmsil olunub.

Samboçularımızdan ikisi mükafatçılar arasında yer alıb. Fərəhli haldır ki, ölkəmizə medal qazandırmış hər iki samboçu "Neftçi İdman Klubu”nun yetirmələridir. Finaladək inamla irəliləyən idmançılarımız Ağasif Səmədov (52 kq) və Emil Həsənov yalnız həlledici görüşdə məğlub olublar və Avropa çempionatının gümüş medalına layiq görülüblər.

Klubumuzun sambo üzrə məşqçisi Cabir İsmayılov isə mötəbər turnirdə ədalət təmsilçisi qismində çıxış edib.