Xəbərlər


Yeniyetmə cüdoçularımız Avropa kubokunda 2 medal əldə etdilər

Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə cüdoçuların Avropa kuboku sona yetib. 25 ölkədən 490 idmançının (284 oğlan, 206 qız) qatıldığı yarışda Azərbaycan yığması 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun milli komandamızın tərkibində yer almış cüdoçularından ikisi mötəbər turnirin mükafatçıları arasına düşə bilib. Yeniyetmələrimizdən 50 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Əli Əsgərzadə və Davud Abbaslı (60 kq) Avropa kubokunun bürünc medallarına layiq görülüblər.