Xəbərlər


Türkan Nəsirova “Çempionlar” turnirinin medalına sahib olub

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında 20-ci "Çempionlar” beynəlxalq turniri başa çatıb. Yarışda 12 ölkədən 400-ə yaxın idmançı qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun qadın güləşi üzrə yığma komandamızın heyətində təmsil olunan yetirməsi Türkan Nəsirova mükafata layiq yer tutub. 48 kq çəki dərəcəsində çıxış edən güləşçimiz "Çempionlar” turnirinin bürünc medalına layiq görülüb.