Xəbərlər


İslamiada: Klubumuzun idmançısı zorxana yarışlarından iki medalla ayrıldı

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışları başa çatıb. "Baku Crystal Hall”da təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçisi Orxan Xanlarov iki medala yiyələnib. İdmançımız əvvəlcə çərxi-tiz fərdi növü üzrə yarışda bürünc medal qazanıb. İkinci dəfə o, özünü çərxi-çəməni növü üzrə sınayıb. Bu yarışda Xanlarov İslamiadanın gümüş medalına layiq görülüb.

Qeyd edək ki, zorxana idman növü 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib.