Xəbərlər


Sərbəst güləşçimiz İslamiadada ilk qızıl medalı millimizin aktivinə yazdırdı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.

Sərbəst güləş yarışlarının birinci günündə "Neftçi İdman Klubu”nun təmsilçisi Mahir Əmiraslanov qızıl medala yiyələnib. 57 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız finala qədər inamla irəliləyib. Həlledici görüşdə qazaxıstanlı Jandos İsmailov üzərində 5:4 hesablı qələbə qazanan Əmiraslanov bu güləş növündə IV İslam Həmrəyliyi Oyunlarının ilk çempionu olub.