Xəbərlər


Ramin Əzizov da İslamiadanı qızıl medalla başa vurdu

IV İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarında klubumuzun daha bir yetirməsi qızıl medala sahib olub. Kişilər arasında keçirilən yarışlarda taekvondoçumuz Ramin Əzizov (87 kq) final görüşündə İran idmançısı Əhməd Məhəmmədi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibi üzərində 16:14 hesabı ilə qələbə qazanan Əzizov "Bakı-2017”nin qalibi olub.