Xəbərlər


Hacı Əliyev “Bakı-2017”nin qalibi olub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş yarışlarına yekun vurulub.

"Neftçi İdman Klubu”nun sərbəst güləşçisi, dünya çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev (61 kq) İslamiadanın qızıl medalına sahib olub. İdmançımız türkmənistanlı Saparmurat Muradov, Tacikistan təmsilçisi Todjiddin Xodjayev üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə pəhləvanımız iranlı Məsud Esmailporjuybari ilə üz-üzə gəlib. Bu rəqibini də inamlı mübarizəsi sayəsində məğlub edən güləşçimiz finala vəsiqəni təmin edib. Həlledici görüşdə Qırğızıstan idmançısı Alibek Osmonovla qarşılaşan Əliyev rəqibi üzərində 10:0 hesabıyla erkən qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına yiyələnib.

İdmançımıza medalı dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Xatırladaq ki, güləş yarışlarının ilk günlərində yunan-Roma güləşçilərimizdən Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq), sərbəst güləşçilərimizdən isə Mahir Əmiraslanov (57 kq) İslamiadanın qızıl medallarını qazanmışdılar.
Hacı Əliyev “Bakı-2017”nin qalibi olubHacı Əliyev “Bakı-2017”nin qalibi olubHacı Əliyev “Bakı-2017”nin qalibi olub
Hacı Əliyev “Bakı-2017”nin qalibi olubHacı Əliyev “Bakı-2017”nin qalibi olub