Xəbərlər


Paraatletimiz İslamiadanın gümüş medalına sahib oldu

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında klubumuzun idmançısı Elçin Muradov gümüş medala yiyələnib. Paraatletimiz Bakı Olimpiya Stadionunda paralimpiyaçılar arasında təşkil olunan T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında bu nailiyyəti qazanıb. O, bu məsafəni 11,64 saniyəyə qət edərək "Bakı-2017”nin gümüş medalına layiq görülüb.