Xəbərlər


İslamiada: Daha 2 qızıl medal

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışlarında "Neftçi İdman Klubu”nun daha iki güləşçisi qızıl medal qazanıb. Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışmada yunan-Roma güləşçilərimiz Elvin Mürsəliyev və İslam Abbasov bu uğura imza atıblar.

75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən, ilk Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev finalda Türkiyə təmsilçisi Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq Azərbaycanın aktivinə 54-cü qızıl medalı yazdırıb.

Klubun digər yetirməsi İslam Abbasov (85 kq) da finala qədər inamla irəliləyib. Həlledici görüşdə türkiyəli Ali Cengizlə üz-üzə gələn pəhləvanımız rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb və İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.
İslamiada: Daha 2 qızıl medalİslamiada: Daha 2 qızıl medalİslamiada: Daha 2 qızıl medal
İslamiada: Daha 2 qızıl medal