Xəbərlər


“Neftçi İdman Klubu”nun futzal komandası ölkə kubokunun sahibi oldu

Mayın 17-də futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. "ABU Arena”da təşkil olunan qarşılaşmada "Neftçi İdman Klubu” ilə "Baku Fayr” üz-üzə gəlib. Komandamızın üstünlüyü şəraitində keçən matçda futzalçılarımız 7:5 hesabı ilə qələbə qazanaraq ölkə kubokuna sahib olublar.

Qeyd edək ki, klubun futzal komandası Azərbaycan çempionatını 2-ci yerdə başa vurub.
“Neftçi İdman Klubu”nun futzal komandası ölkə kubokunun sahibi oldu