Xəbərlər


İslamiada: Taekvondoçumuz çempion oldu

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarında "Neftçi İdman Klubu”nun yetirməsi, ilk Avropa Oyunlarının qızıl medalçısı Ayxan Tağızadə bütün döyüşlərdən qalib ayrılıb və İslamiadanın qızıl medalına yiyələnib. İdmançımız mübarizəyə dörddəbir final mərhələsindən start verib. Onun ilk rəqibi Əfqanıstan təmsilçisi Ruhulla Nikpa olub. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Tağızadə üstünlüyünü sonadək qoruyub. O, 28:14 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib. Bu mərhələdə taekvondoçumuz Səud Almuvalladla (Səudiyyə Ərəbistanı) üz-üzə gəlib. Rəqibi üzərindəki 18:9 hesablı qələbəsi onu finala daşıyıb. Klubumuzun yetirməsi həlledici mərhələdə İran taekvondoçusu Seyidhüseyn Ehsanipetrudini çətinliklə də olsa, məğlubiyyətə uğradıb və İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.
İslamiada: Taekvondoçumuz çempion olduİslamiada: Taekvondoçumuz çempion oldu