Xəbərlər


Atletika yarışlarında daha 4 medal

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının atletika və paraatletika yarışlarında klubumuzun yetirmələri daha 4 medala sahib olublar. Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda atletimiz Nazim Babayev üç təkanla uzunluğa tullanmada 17,15 metr nəticə göstərərək qızıl medala sahib olub.

Kişi paralimpiyaçılar arasında F57 kateqoriyası üzrə diskatma yarışında Samir Nəbiyev 45,17 metr nəticə ilə özünün ikinci qızıl medalını qazanıb. O, bir gün əvvəl kürəatma yarışında da çempion olmuşdu.

Paralimpiyaçı atletimiz Elmir Cəbrayılov isə Azərbaycan komandasının hesabına 44-cü qızıl medalı yazdırıb. İdmançımız 100 metr məsafəyə qaçışda 10,98 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişi paralimpiyaçıların diskatma yarışında klubun təmsilçisi Oloxan Musayev 40,49 metr nəticə göstərib və bürünc medal əldə edib. Qeyd edək ki, idmançımız paraatletika yarışındakı ilk çıxışı zamanı nüvəitələmədə qızıl medala yiyələnmişdi.
Atletika yarışlarında daha 4 medalAtletika yarışlarında daha 4 medal