Xəbərlər


Ruslan Lunyov İslamiadada 5-ci qızıl medalını qazandı

"Neftçi İdman Klubu”nun atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb. İdmançımız 10 metr məsafədən pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışında növbəti uğuruna imza atıb. Belə ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüb.

Xatırladaq ki, Ruslan Lunyov İslam Həmrəyliyi Oyunlarında bundan öncə 25 metrdən tapança ilə mərkəzə atəşaçma, eyni məsafədən sürətli atəşaçma, həmçinin standart tapança ilə atəşaçma və 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada qızıl medallar qazanmışdı.
Ruslan Lunyov İslamiadada 5-ci qızıl medalını qazandı