Xəbərlər


Paraatletikada Azərbaycana ilk qızıl medalı klubumuzun təmsilçisi qazandırdı

IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında Azərbaycan idmançıları ilk qızıl medalı qazanıblar.

Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun paralimpiyaçısı Samir Nəbiyev bu uğura imza atıb. İdmançımız kişilər arasında kürəatma yarışında 13.95 metr nəticə ilə bütün rəqiblərindən üstün olub və İslamiadanın qızıl medalına yiyələnib.