Xəbərlər


“Bakı-2017”də ölkəmizə ilk medalı “Neftçi İdman Klubu”nun yetirməsi qazandırıb

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ilk medalını qazanıb.

Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, bu medalı ölkəmizə klubumuzun güllə atıcısı Ruslan Lunyov qazandırıb. Bakı Atıcılıq Mərkəzində kişilərin 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma yarışında idmançımız 581 xal toplayaraq mötəbər turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3000-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparır.