Xəbərlər


Sumoçularımız Avropa birinciliyində 4 medal qazandılar

Litvanın Şaulyay şəhərində yeniyetmələr və gənclər arasında sumo üzrə Avropa birinciliyi başa çatıb. 20 ölkədən 300-ə qədər idmançının qalib adı uğrunda yarışdığı birincilikdə ölkəmizin təmsilçiləri də qüvvələrini sınayıblar.
“Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış yeniyetmə və gəncləri 4 medala sahib olublar. Sərdar Səfixanov (92 kq) yeniyetmələr arasında qitə birinciliyinin bürünc medalına layiq görülüb. Gənclərin yarışında isə Zaur Kərimov (21 yaş, 70 kq), Samir İsmayılov (23 yaş, 70 kq) və Sərdar Səfixanov (92 kq) eyni uğuru təkrarlayıblar.
Sumoçularımız Avropa birinciliyində 4 medal qazandılar