Xəbərlər


Paralimpiyaçımız dünya kuboku yarışının qalibi oldu

Macarıstanın Eger şəhərində paralimpiyaçılar arasında keçirilən pauerliftinq üzrə dünya kuboku yarışına yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçisi Elşən Hüseynov yarışda böyük əzmkarlıq nümayiş etdirib və mötəbər turnirin qalibi adını qazanıb.