Xəbərlər


Pauerliftinq üzrə beynəlxalq turnir keçirilib

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycanla yanaşı, Türkiyə, İran və Gürcüstan idmançılarının da yer aldığı yarışda atletlər 12 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

"Neftçi İdman Klubu” turnirdə iki pauerliftinqçi ilə təmsil olunub ki, onların da hər ikisi qızıl medala layiq görülüb. 67,5 kq çəkidə çıxış edən Elmir Tarverdiyev üç hərəkətin cəmində 460 kq (oturub-durma hərəkətində 160 kq, uzanaraq sinədən sıxma hərəkətində 90 kq, yerdən dartma hərəkətində 210 kq) nəticə göstərərək qalib adını qazanıb. Gündüz Məmmədov (90 kq) isə toplam 800 kq (300+185+315) ağırlığın öhdəsindən gəlib və liderliyə yüksəlib.

Turnirin keçirilməsində əsas məqsəd qarşıdan gələn Avropa çempionatına və ilin sonunda keçiriləcək dünya çempionatına milli komandanın heyətinin təyin olunması idi.
Pauerliftinq üzrə beynəlxalq turnir keçirilibPauerliftinq üzrə beynəlxalq turnir keçirilibPauerliftinq üzrə beynəlxalq turnir keçirilibPauerliftinq üzrə beynəlxalq turnir keçirilib