Xəbərlər


Boksçumuz Kutaisidə qalib oldu

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

Yeddi ölkədən 160-a yaxın dəri əlcək ustasının qatıldığı yarışda "Neftçi İdman Klubu”nun gənc boksçusu Orxan Həsənov uğurlu nəticəyə imza atıb. 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün döyüşləri qələbə ilə başa vuraraq beynəlxalq turnirin qalibi adını qazanıb.