Xəbərlər


Yeniyetmə güləşçilərimiz Balakəndə

Balakən Olimpiya İdman Kompleksində yeniyetmə yunan-Roma güləşçiləri arasında XI Respublika Oyunlarının final mərhələsi keçirilib. Yarışda 43 komandanın tərkibində 250-dək idmançı 15 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Klubumuzun yeniyetmə güləşçilərindən 4-ü mükafatçılar arasında yer alıb. 35 kq çəkidə çıxış edən Cavidan Məmmədli bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər pəhləvanları – Hüseyn Qəribov (42 kq), Elmir Əliyev (47 kq) və Hüseyn Hüseynov (52 kq) isə yarışı 3-cü yerdə başa vurublar.