Xəbərlər


Sambo üzrə paytaxt birinciliyi keçirilib

Hövsan Olimpiya İdman Kompleksində sambo üzrə açıq Bakı birinciliyi sona yetib.

Kiçikyaşlı yeniyetmələr arasında keçirilən yarışda "Neftçi İdman Klubu”nun samboçuları da bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımız 4-ü qızıl, 4-ü gümüş, 11-i bürünc olmaqla, paytaxt birinciliyinin 19 medalına sahib olublar və komanda hesabında birinci yeri tutublar.

Samboçularımızdan 42 kq çəki dərəcəsində mübarizə aparan Mövlan Nadirov, Hacalı Qasımov (46 kq), Adil Adilzadə (60 kq) və Orxan İbrahimov (66 kq) rəqib tanımayaraq açıq Bakı birinciliyinin qalibi adını qazanıblar.
Sambo üzrə paytaxt birinciliyi keçirilibSambo üzrə paytaxt birinciliyi keçirilib