Xəbərlər


Samboçularımız Avropa birinciliyində 3 medala sahib olublar

Çex Respublikasının paytaxtı Praqada yeniyetmələr (1999-2000) və gənclər (1997-1998) arasında sambo üzrə Avropa birinciliyi keçirilib.

"Neftçi İdman Klubu”nun millinin heyətində yer almış samboçularından üçü qitə birinciliyinin mükafatlarına layiq görülüb. İdmançılarımızdan 56 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Dünyamalıyev bütün qarşılaşmaları qələbə ilə tamamlayıb və Avropa çempionu adını qazanıb. Klubun digər təmsilçiləri Elmin Hüseynov (62 kq) və Teymur Allahverdiyev (70 kq) isə mötəbər yarışın bürünc medallarına yiyələniblər.
Samboçularımız Avropa birinciliyində 3 medala sahib olublarSamboçularımız Avropa birinciliyində 3 medala sahib olublar