Xəbərlər


Asxab Kalayev yenə çempion oldu

Aprelin 28-də Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında start götürmüş gənclər arasında ağırlıqqaldırma üzrə respublika birinciliyinə yekun vurulub. Yaşı 20 və 23-ə qədər olan idmançılar arasında keçirilən yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-dən artıq atlet qüvvəsini sınayıb.

Klubumuzun yetirməsi, 105 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Asxab Kalayev yaşı 20-yə qədər olan atletlər arasında toplam 260 kq (120+140) nəticə göstərib və ardıcıl olaraq dördüncü dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, idmançımız 2014, 2015 və 2016-cı illərdə də öz çəkisinin ən güclüsü olub.