Xəbərlər


“Neftçi İdman Klubu” tərəfindən səmti müəyyən etmə yarışı keçirildi

 

Aprelin 25-də "Neftçi İdman Klubu” İctimai Birliyi neft, qaz və kimya sənayesinin işçiləri və digər təşkilatlar arasında səmti müəyyən etmə üzrə açıq turizm yarışı keçirdi. Bakı Atıcılıq Mərkəzi və Xocəsən gölünün arasındakı meşə zolağında təşkil olunan turnirdə 12 komandanın tərkibində 78 iştirakçı mübarizə aparırdı.

Yarışın keçirilməsində əsas məqsəd səmti müəyyən etmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də "Neftçi İdman Klubu”nun yığma komandasının üzvlərini müəyyən etmək idi.

Klubun keçirdiyi yarışda iştirakçılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparırdılar. Kişilər arasında Qennadiy Klim qalib adını qazandı. Ramin Əliyev (hər ikisi "Neftçi İdman Klubu” İB) 2-ci, Sergey Teleqin ("Dağçılıq” İdman Klubu) isə 3-cü yeri tutdu.

Qadınların yarışında Elina Çerpakova ("Neftçi İdman Klubu") liderliyə yüksəldi. Sevda Verdiyeva (Fövqəladə Hallar Nazirliyi) 2-ci, Yekaterina Yakovleva ("Neftçi İdman Klubu”) isə 3-cü oldu.

Komanda yarışlarında "Azərkimya” İstehsalat Birliyi turnirin qalibi adını qazandı. Fövqəladə Hallar Nazirliyinin komandası 2-ci pillədə qərarlaşdı. "28 May” NQÇİ-ni təmsil edən komanda 3-cü yerə çıxdı.

Ümumi komanda hesabında və şəxsi yarışlarda (kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü yerləri tutmuş iştirakçılara "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olundu.

 

“Neftçi İdman Klubu” tərəfindən  səmti müəyyən etmə yarışı keçirildi“Neftçi İdman Klubu” tərəfindən  səmti müəyyən etmə yarışı keçirildi“Neftçi İdman Klubu” tərəfindən  səmti müəyyən etmə yarışı keçirildi“Neftçi İdman Klubu” tərəfindən  səmti müəyyən etmə yarışı keçirildi“Neftçi İdman Klubu” tərəfindən  səmti müəyyən etmə yarışı keçirildi“Neftçi İdman Klubu” tərəfindən  səmti müəyyən etmə yarışı keçirildi