Xəbərlər


Kiçikyaşlı boksçularımız Bakı birinciliyində

Kiçikyaşlı yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyi keçirilib. Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışda 192 dəri əlcək ustası qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun yeniyetmə boksçuları paytaxt birinciliyini 11 medalla (6 gümüş, 5 bürünc) tamamlayıblar. Təmsilçilərimizdən Nihad Qurbanlı (38,5 kq), Əli Qəmbərov (46 kq), Xudu Suanverdiyev (48 kq), Məhəmməd Əliyev (52 kq), Nihad Qurbanzadə (76 kq) və Kamal Abdullayev (+76 kq) yalnız həlledici final döyüşündən məğlub ayrılıblar və gümüş medala layiq görülüblər. Klubun digər yetirmələri – Fərid Quliyev (41,5 kq), İsmayıl Gülməmmədov (50 kq), Samir Əzimov (56 kq), Rəmiş Hüseynov (65 kq) və Səməndər Rzayev (+76 kq) isə paytaxt birinciliyini bürünc medalla başa vurublar.