Xəbərlər


Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar

Aprelin 20-də Polşanın paytaxtı Varşavada startı verilmiş cüdo üzrə Avropa çempionatına yekun vurulub.

Yarışın sonuncu günündə "Neftçi İdman Klubu”nun daha bir cüdoçusu ölkəmizə qızıl medal qazandırıb. 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız, dünya çempionu Elxan Məmmədov bütün rəqiblərini məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Cüdoçumuz həlledici final qarşılaşmasında Fransa təmsilçisi Kiril Maretə ipponla qalib gələrək qitə çempionatının qızıl medalına sahib olub.

Yarışı canlı izləyən və cüdoçularımıza dəstək olan "Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov idmançımızı tarixi qələbə münasibətilə təbrik edib.

Klubun digər cüdoçuları – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə çempionatı 5-ci pillədə başa vurublar.

Xatırladaq ki, yarışın ilk iki günündə 73 kq çəkidə çıxış edən Hidayət Heydərov qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medal qazanmışdılar.

Bununla bərabər, Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. Avropa Cüdo İttifaqının prezidenti Serqey Soloveyçik cüdoçumuza "Avropanın ən yaxşı gənc cüdoçusu” mükafatını təqdim edib.

Beləliklə, Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışlarda ikinci yerdə başa vurub.

Qürurverici haldır ki, bu mötəbər yarışda ölkəmizə medal qazandıran cüdoçuların beşi də "Neftçi İdman Klubu”nun yetirmələridir.
Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılarCüdoçularımız Avropa çempionatında 5 medal qazandılar