Xəbərlər


Paytaxtımızda aprel döyüşlərinə həsr olunmuş beynəlxalq cüdo yarışı keçirilib

Bakı İdman Sarayında 21 yaşadək cüdoçular arasında aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş komandalararası beynəlxalq turnir keçirilib. 101 idmançının (82 oğlan, 19 qız) qatıldığı yarışda 12 komanda mübarizə aparıb. 10 yerli komanda ilə yanaşı, Rusiya və Gürcüstan milliləri də turnirdə iştirak ediblər.

"Neftçi İdman Klubu” və Rusiya yığması üçüncü yeri tutublar. Həlledici final görüşündə isə Gürcüstan millisi və "Judo 2012” komandaları üz-üzə gəliblər. Bu mərhələdə Gürcüstan yığması qalib gəlib və beynəlxalq turnirin qalibi adını qazanıb.