Xəbərlər


İki cüdoçumuz Avropa çempionatının medalına sahib oldu

Aprelin 20-də Polşanın paytaxtı Varşavada start götürmüş cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın ilk günündə "Neftçi İdman Klubu”nun iki cüdoçusu aktivinə medal yazdırıb. İdmançılarımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq) qitə çempionatının bürünc medallarına sahib olublar. Xanım cüdoçumuz Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, bu gün klubun daha iki yetirməsi – Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar.