Xəbərlər


Parataekvondoçularımız Dağıstandan 10 medalla döndülər

Dağıstan Respublikasının Xasavyurd şəhərində paralimpiyaçılar arasında taekvondo üzrə Rusiya-Azərbaycan beynəlxalq yoldaşlıq görüşü keçirilib.

"Neftçi İdman Klubu” Azərbaycan millisinin heyətində 10 yetirməsi ilə təmsil olunub. Parataekvondoçularımızın hamısı turnirin mükafatçıları arasında yer alıb. Onlardan Səlvan Məmmədov (k44, 75 kq), Elimxan Manafov (k42), Şəhmir İbadov (k43, hər ikisi 61 kq), Nicat Müslümov (k42, 75 kq), Aleksandr Polişuk (k42, +75 kq) və Aynur Məmmədova (k44, +58 kq) rəqib tanımayaraq qızıl medala sahib olublar. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyətə uğrayan Əbülfəz Abuzərli (k44, 75 kq) gümüş medala layiq görülüb. Paralimpiyaçılarımızdan Vüqar Adışirinov (k44, +75 kq), Hüseyn Həsənov (k44, 75 kq) və Rövşən Qəhrəmanlı (k44, 61 kq) isə yarışdan bürünc medalla ayrılıblar.