Xəbərlər


Gənc cüdoçularımızın Avropa kubokundakı uğurları

Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçuların Avropa kuboku yarışına yekun vurulub. Yarışda qitənin 17 ölkəsini təmsil edən 290 idmançı (200 oğlan, 90 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.

Mötəbər turnirdə Azərbaycan yığması 3 medal qazanıb ki, onlardan da ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçuları qazandırıblar. İdmançılarımızdan Natiq Qurbanlı (55 kq) böyük əzmkarlıq nümayiş etdirərək Avropa kubokunun qalibi adına yiyələnib. 100 kq çəki dərəcəsində mübarizə aparan Musa Şəkərəliyev isə turnirin bürünc medalına layiq görülüb.
Gənc cüdoçularımızın Avropa kubokundakı uğurlarıGənc cüdoçularımızın Avropa kubokundakı uğurları