Xəbərlər


“Qaradağ Lökbatan”dan növbəti qələbə

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXIV tura start verilib.

"Qaradağ Lökbatan” komandası İmişlidə "Mil-Muğan”ın qonağı olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilən oyunda gərgin mübarizə şəraiti müşahidə olunub. Tədricən üstünlüyü ələ alan komandamız rəqib qapısına ciddi həmlələr etməyə başlayıb. Azər Bağırovun yetirmələri "Mil-Muğan”ı fasiləyə qədər üç, ikinci hissədə isə daha bir dəfə cəzalandırıblar. Vurulan qollara Mübarək Şahquliyev (21), Sabir Allahquliyev (32), Elgiz Kərəmli (43) və Rüfət Məmmədov (64) imza atıblar. Yerli komanda bu qollardan yalnız ikisinin əvəzini çıxa bilib. Beləliklə, qarşılaşma "Qaradağ Lökbatan”ın 4:2 hesablı qələbəsiylə yekunlaşıb.

Növbəti qələbəsi sayəsində "Qaradağ Lökbatan” xallarının sayını 49-a çatdırıb.
“Qaradağ Lökbatan”dan növbəti qələbə“Qaradağ Lökbatan”dan növbəti qələbə