Xəbərlər


Klubumuzun pankrationçuları qalib oldular

Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən pankration, qraplinq və MMA idman növləri üzrə Azərbaycan çempionatı başa çatıb. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 400-dən artıq idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri ümumilikdə ölkə çempionatının 36 medalına (11 qızıl, 14 gümüş, 11 bürünc) sahib olublar.

Pankrationçularımızdan 34 kq çəki dərəcəsində mübarizə aparan Orxan Əsgərov, Hüseyn Oruclu (42 kq), İbrahim Cəfərov (46 kq), Sübhan Məcidov (58 kq), Həsən Əliyev (59 kq), Qurban Məmmədov (62 kq), Abdulla Məmmədov (71 kq), Vüqar Məmişov (77 kq) və Kəmaləddin Vəliyev (+77 kq) bütün döyüşləri qələbə ilə yekunlaşdıraraq çempion adını qazanıblar.

Qraplinq idman növündə isə Həsən Əliyev (59 kq) və Ehtiram Dərişov (62 kq) respublika çempionatının qızıl medallarına sahib olublar.

Qeyd edək ki, pankrationçularımız ümumi komanda hesabında birinci yeri tutublar.