Xəbərlər


Cüdoçumuz Avropa kubokunun qalibi oldu

Çex Respublikasında keçirilən yeniyetmə cüdoçuların Avropa kuboku sona çatıb. Yarışda 31 ölkədən 678 idmançı (422 oğlan, 256 qız) qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yığmanın heyətində yer almış cüdoçularından 50 kq çəkidə çıxış edən Əli Əsgərzadə əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. Təmsilçimiz bütün görüşləri qələbə ilə başa vuraraq Avropa kuboku yarışının qızıl medalına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan milli komandası yarışda 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub. Ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnən yığmamız komanda hesabında Avropa kubokunun qalibi adını qazanıb.