Xəbərlər


Cüdoçularımız Antalyadan 3 medalla döndülər

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub. 34 ölkədən 252 idmançının (155 kişi, 97 qadın) yarışdığı turnirdə milli komandamız 13 cüdoçu (7 kişi, 6 qadın) ilə təmsil olunub. Azərbaycan yığması mötəbər turniri 3 bürünc medalla başa vurub.

Medalların hər üçünü ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıb. Cüdoçularımızdan 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov və Elxan Məmmədov (100 kq) Antalya Qran-prisinin bürünc medalına sahib olublar. Xanım idmançılarımızdan isə Nəzakət Əzizova (52 kq) eyni uğuru təkrarlayıb.
Cüdoçularımız Antalyadan 3 medalla döndülərCüdoçularımız Antalyadan 3 medalla döndülər