Xəbərlər


Eltac Səfərli “Dubay open-2017” turnirində gümüş medal qazandı

"Dubay open-2017” beynəlxalq turnirində blits-turnir keçirilib. 104 şahmatçının, o cümlədən 20 qrossmeysterin qatıldığı yarışda 9 mümkün xaldan 7,5-ni toplamış Gürcüstan təmsilçisi Levan Pantsulaya qalib adını qazanıb. "Neftçi İdman Klubu”nun qrossmeysteri Eltac Səfərli də Levanla eyni sayda xal toplayıb, lakin əlavə göstəricilərə görə Gürcüstan nümayəndəsi qalib hesab edilib. Klubumuzun şahmatçısı isə gümüş medala layiq görülüb.