Xəbərlər


“Qaradağ Lökbatan” “Bakılı”nı darmadağın etdi

Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura yekun vurulub.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” paytaxtın "Bakılı” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma komandamızın 6:1 hesablı darmadağını ilə başa çatıb. Rəqib komandanın qapısından topları Məhəmməd Bədəlbəyli (40, 48(p)), Elvin İsmayılov (44) və Rüfət Məmmədov (68, 80(p), 90) keçirib. "Bakılı”nın vurduğu yeganə qola isə Əbülfəz Hacıyev (78) imza atıb.

Qeyd edək ki, xallarının sayını 46-ya çatdıran "Qaradağ Lökbatan” hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.