Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin birinci rübündə 482 medal qazanıblar

"Neftçi İdman Klubu” İctimai Birliyi respublikamızın öncül idman qurumlarından biridir. Klubumuzun idmançıları qazandıqları və davam etdirməkdə olduqları böyük uğurlarla bunu sübut etməkdədirlər. Atletlərimiz ilin ilk üçü ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 166-sı qızıl, 135-i gümüş və 181-i bürünc olmaqla, ümumilikdə 482 medala sahib olublar. Təmsilçilərimiz dünya yarışlarında 9 (6 gümüş, 3 bürünc), Avropa yarışlarında 9 (5 qızıl, 3 gümüş, 1 bürünc), beynəlxalq turnirlərdə isə 40 medal (7 qızıl, 8 gümüş, 25 bürünc) qazanıblar. Respublika yarışlarında 199 medala (71 qızıl, 60 gümüş, 68 bürünc) yiyələnən klubun yetirmələri, paytaxt yarışlarında 141 (44 qızıl, 39 gümüş, 58 bürünc), digər yarışlarda isə 84 dəfə (39 qızıl, 19 gümüş, 26 bürünc) fəxri kürsüdə yer alıblar.