Xəbərlər


İdmançılarımızın səmti müəyyən etmə üzrə beynəlxalq turnirdəki uğurları

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə beynəlxalq kubok yarışlarına yekun vurulub. Xaçmaz rayonunun Nabran və Şabran rayonunun Qalaaltı meşə zolaqlarında keçirilən turnir üç gün davam edib. Yarışa yerli idmançılarla yanaşı, Türkiyə, Ukrayna və Rusiyadan olan atletlər də qatılıblar. 10 komanda tərkibində 150-dən çox idmançının yer aldığı turnirdə iştirakçılar 9 kateqoriya üzrə orta və uzun məsafələrdə yarışıblar. Beynəlxalq kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən tərtib olunmuş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.

Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən yarışda kateqoriyalar üzrə fərdi və komanda hesabında qaliblər müəyyənləşib. "Dağçılıq” İdman Klubu komanda hesabında qalib gələrək yarışın kubokunu qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq "Neftçi İdman Klubu”nun I və II komandaları layiq görülüblər.

Fərdi yarışmalarda klubumuzun təmsilçisi Ramin Əliyev kişilər arasında ümumi nəticələrə görə gümüş medal qazanıb. Zəriflərin yarışında isə idmançımız Elina Çerpakova eyni uğura imza atıb.
İdmançılarımızın səmti müəyyən etmə üzrə beynəlxalq turnirdəki uğurlarıİdmançılarımızın səmti müəyyən etmə üzrə beynəlxalq turnirdəki uğurlarıİdmançılarımızın səmti müəyyən etmə üzrə beynəlxalq turnirdəki uğurları
İdmançılarımızın səmti müəyyən etmə üzrə beynəlxalq turnirdəki uğurları
İdmançılarımızın səmti müəyyən etmə üzrə beynəlxalq turnirdəki uğurlarıİdmançılarımızın səmti müəyyən etmə üzrə beynəlxalq turnirdəki uğurları