Xəbərlər


Stolüstü tennis üzrə ölkə birinciliyi keçirilib

"Şüa” İdman-Sağlamlıq Kompleksində 1999-2001, 2002-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında stolüstü tennis üzrə respublika birinciliyi keçirilib. Üç gün davam edən yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan və Salyan şəhərlərindən 100-ə yaxın idmançı bacarığını nümayiş etdirib. Turnir iştirakçıları komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun yetirmələrindən 2002-ci il təvəllüdlü və daha aşyaşlılar arasında Zemfira Mikayılova şəxsi yarışlarda gümüş medala layiq görülüb. Qarışıq qoşa yarışlarında isə Zemfira Mikayılova və İbrahim Ansaridən ibarət cütlük Azərbaycan birinciliyinin qızıl medalına sahib olub.
Stolüstü tennis üzrə ölkə birinciliyi keçirilibStolüstü tennis üzrə ölkə birinciliyi keçirilibStolüstü tennis üzrə ölkə birinciliyi keçirilib