Xəbərlər


Kiçikyaşlı samboçularımız paytaxt birinciliyində

Hövsan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər birinciliyi sona yetib. 11 çəki dərəcəsi üzrə 142 idmançının mübarizə apardığı yarışda 2003-2005-ci illər təvəllüdlü samboçular öz bacarıqlarını nümayiş etdiriblər.

Klubumuzun kiçikyaşlı yeniyetmələrindən 12-si mükafata layiq yer tutub (4 qızıl, 3 gümüş, 5 bürünc). Onlardan 32 kq çəkidə çıxış edən Fərid Zərbəliyev, Rüfət Novruzəliyev (35 kq), Musaxan Gülməmmədov (42 kq) və Ələkbər Bağırlı (+71 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq Bakı şəhər çempionluğunu bayram ediblər.