Xəbərlər


Sumoçumuz Avropa kubokunun qalibi oldu

Martın 23-də Estoniyanın Vinni şəhərində start götürmüş sumo üzrə Avropa kubokuna yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçisi Çingiz Səmədov yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. İdmançımız bütün rəqiblərini məğlub edərək 100 kiloqramadək çəki dərəcəsində Avropa kubokunun qızıl medalına sahib olub.