Xəbərlər


Karateçilərimiz Riqadan 3 medalla döndülər

Latviyanın paytaxtı Riqada Şərq döyüş növlərinin olimpiadası və Avropa çempionatı keçirilib. 30 ölkədən 1000-dən artıq idmançının qatıldığı yarışda respublikamız 15 karateçi ilə təmsil olunub.

Yığma komandanın tərkibində "Neftçi İdman Klubu”nun 3 yetirməsi qalib adı uğrunda yarışıb. İdmançılarımızdan 84 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Cavid Amanov Avropa çempionatının qalibi adını qazanıb. Bu karateçimiz Şərq döyüş növlərinin olimpiadasında isə 90 kq çəkidə gümüş medala layiq görülüb.

Klubun digər yetirməsi Röyal Haqverdiyev (77 kq) isə Avropa çempionatında bürünc medala sahib olub.