Xəbərlər


Kikboksinq üzrə respublika birinciliyi başa çatıb

 

Bakı İdman Sarayında kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə XXI Azərbaycan birinciliyi keçirilib. "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında təşkil olunan yarışda respublikanın müxtəlif bölgələrindən 78 komandanın tərkibində 1000-ə yaxın idmançı mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun təmsilçiləri ölkə birinciliyində uğurla çıxış edərək 7 qızıl, 5 gümüş və 8 bürünc medala sahib olublar. Kikboksçularımızdan Rəvan Həsənov (24 kq), Əlihüseyn Əliyev (33 kq), Əli Qasımov (39 kq), Emin Əliyev (42 kq) və Məhəmməd Əliyev (51 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıblar. Qızlar arasında isə Xədicə Mustafayeva (22 kq) və Aynur Abbasova (45 kq) eyni uğura imza atıblar.

"Neftçi İdman Klubu”nun kadetləri komanda hesabında birinci yeri tutublar.
Kikboksinq üzrə respublika birinciliyi başa çatıbKikboksinq üzrə respublika birinciliyi başa çatıb