Xəbərlər


Taekvondoçularımız “Dutch Open”də 2 medala sahib olublar

Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə ənənvi "Dutch Open” beynəlxalq turniri sona yetib.

G1 kateqoriyalı yarışda "Neftçi İdman Klubu”nun iki təmsilçisi mükafata layiq yer tutub. Taekvondoçularımızdan 87 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov bütün döyüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıb. Klubun digər yetirməsi Ayxan Tağızadə (68 kq) isə "Dutch Open”in bürünc medalına sahib olub.
Taekvondoçularımız “Dutch Open”də 2 medala sahib olublarTaekvondoçularımız “Dutch Open”də 2 medala sahib olublar